Bu da Təranə Qumralın üçmərtəbəli villası - VİDEO

Müğənni Qumral sosial media hesabında ailəsi ilə birlikdə paylaşdığı görüntülərlə diqqət çəkib.

İfaçı övladları ilə birlikdə valideynləri Təranə Qumral və Musa Musayevin villasına qonaq gedib.

Paylaşılan kadrlarda Təranə Qumralın 3 mərtəbəli villası və geniş həyəti əks olunub.

Ailə və yaxın qohumlar manqal başına toplaşaraq birlikdə vaxt keçirib, əyləniblər.

Qumralın paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb./Yenisabah.az

01.08.2025 20:13
2189