Müğənni Sevda Yahyayeva ən böyük arzusunu açıqlayıb.
"Həmin Zaur" verilişində qonaq olan sənətçi həyat yoldaşı Zakir Bayramovla Yaponiyaya səfər etməyi arzuladığını bildirib:
"Bu, bizim ikimizin də ən böyük arzusudur. Düzdür, Zakir indiyə kimi dünyanın 105 ölkəsində olub. Biz 5 il ərzində 40-dan çox ölkəyə səyahət etmişik. Gələcəkdə istəyirik ki, Yaponiyaya səyahət edək. Dünyanı gəzməyi qarşımıza hədəf qoymamışıq. Belə bir arzumuz var. Təki, Allah buna izn versin". (Axşam.az)