Tam versiya
  • ANA SƏHİFƏ
  • Son xəbər
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Kriminal
  • Analitika
  • Yazarlar
  • Yaxın tarix
  • Müsahibə
  • Maraqlı
  • Qalmaqal
  • Gündəm
  • Media
  • Mənəviyyat
  • Bizim qonaq
  • Qarabağ xəbərləri
  • Fotosessiya
  • Vaxt axarı
  • Foto fakt
  • Reportaj
  • Sözsüz
  • Video
  • KİVDF layihələri
  • Şou-biznes
  • Texnologiya
  • Formula #1
  • İslamiada
  • Hərbi xəbərlər
  • Rəsmi
  • Seçki 2024
Yeni Müsavat Qəzeti

Bu şəxslərə ŞAD XƏBƏR - Əlavə ödənişlər veriləcək - VİDEO

Son 2 ayda bölgələrdə baş verən daşqınlarla bağlı Aqrar Sığorta Fonduna rekord sayda müraciət daxil olub.

Minə yaxın fermerin təsərrüfatına ziyan dəyib.

Fondun şöbə müdiri Ləman Alıyeva bildirib ki, rayonlardan göndərilən bütün müraciətlərə baxılır. Onun sözlərinə görə, ötən illə müqayisədə bu ilin ilk 6 ayı ərzində baş verən sığorta hadisələrinin sayında kəskin artım müşahidə olunur.

May-iyun aylarında baş verən daşqınlar zamanı ən çox buğda, arpa, qarğıdalı və pambıq sahələrinə ziyan dəyib.

Ləman Alıyeva qeyd edib ki, müstəqil ekspertlər sözügedən ərazilərə ezam olunublar.

"Qiymətləndirmə işlərindən sonra fermerlərə dəymiş zərərin həcmi müəyyənləşdiriləcək".

Sığorta ödənişlərinin isə avqust ayında verilməsi nəzərdə tutulub. Şöbə müdiri əlavə edib ki, yalnız əkin sahələrini sığorta etdirən şəxslər sığorta ödənişlərdən faydalana biləcəklər.

Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.

04.07.2023 21:40
1651
Facebook Twitter WhatsApp

  • ANA SƏHİFƏ
  • ARXİV
  • Kontaktlar
  • HAQQIMIZDA
  • Tam versiya