Buzovnada bıçaqlı şəxs qorxulu anlar yaşatdı - VİDEO

Buzovnada əlində bıçaq olan şəxs ətrafda olanlara qorxulu anlar yaşadıb.

Musavat.com xəbər verir ki, 30-35 yaşlarında olan şəxs əlində olan bıçaqla bədəninə xəsarət yetirib. Sonra isə özünü avtomobil yoluna atıb.

Ətrafda olanlar müdaxil etməyə çalışsa da həmin şəxs heç kimi yaxına buraxmayıb. Onun hansı səbəbdən bu addımı atdığı bilinmir.

Hadisə yerinə polis əməkdaşları gəlib və həmin şəxsi polis şöbəsinə aparıblar.

Musavat.com

31.07.2025 11:11
1025