Cavidan hələ də tapılmayıb… - VİDEO

Xəzər rayonunda dənizdə batan 20 yaşlı gəncin axtarışları davam edir.

Musavat.com xəbər verir ki, hadisə çimərlik ərazisində qeydə alınıb.

2005-ci il təvəllüdlü Cavidan Tapdıqovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Musavat.com

11.08.2025 18:10
1376