Dayı 11 yaşlı bacısı oğlunu avtomobillə vurdu

Sabirabadda sürücü 11 yaşlı bacısı oğlunu avtomobillə vurub.

Medianews.az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində baş verib. "Mercedes" markalı avtomobil kənd sakini, 2013-cü il təvəllüdlü E.Rzayevi vurub. Uşaq xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Avtomobili idarə edən şəxsin uşağın dayısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

07.10.2024 18:05
628