DİN partlayışla bağlı MƏLUMAT YAYDI

Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Cəfər Cabbarlı adına kinostudiyanın həyətində baş verən yanğınla bağlı açıqlama yayıb.

DİN-in məlumatına görə, baş vermiş hadisə nəticəsində vətəndaşlardan xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanları da cəlb olunub və təhlükəsizlik tədbirləri görülür.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi yanğının artıq məhdudlaşdırıldığını bildirib. Ərazi üzrə araşdırmalar davam etdirilir. 

 

Musavat.com

27.06.2025 00:10
1253