Diqqət! - Bu gün saat 10:00-dan...

Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin yenilənməsi ilə əlaqədar iyunun 13-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Saat 10:00-dan saat 15:00-dək Buzovna qəsəbəsinin Ruhulla Axundov və Heydər Eyvazov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

13.06.2025 09:50
681