Dünyaca məşhur aşpaz Bakıda

Kulinariya sahəsi üzrə yeddi kitabın müəllifi, dünyaca məşhur aşpaz Con Qreqori-Smit Bakıda səfərdədir.

Məlumatı özünün "Instagram" səhifəsində bloqer Adnan Hüseyn paylaşıb.

Qeyd edək ki, yemək proqramında aparıcılıqla da məşhur olan Con Qreqori-Smit Yaxın Şərq və Şimali Afrika mətbəxi üzrə ixtisaslaşmış aşpazdır. O, mütəmadi olaraq dünya ölkələrinə səyahət edir, yerli mətbəxlə tanış olur.

Con Qreqori-Smit öz bloqunda xəngəlin hazırlanması ilə bağlı video paylaşdıqdan sonra Azərbaycanda da məşhurlaşıb./Oxu.az/

09.04.2025 20:39
492