Əkin sahəsini yandırdı, 400 manat cərimələndi- Foto

Şabranda əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olunub.

Musavat.com xəbər verir ki, avqustun 28-i saat 12 radələrində Şabran şəhəri ərazisində Taxta Körpü su anbarının yaxınlığında 2 hektar əkin sahəsi və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən həmin ərazinin yandırılmasına görə rayon sakini Şakir Kamilov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülməklə, 400 manat məbləğində cərimələnib.

29.08.2025 11:55
323