Əlisəmid Kürün vəziyyəti ağırlaşdı

Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb.

Bu barədə "Report"a şairin ailəsi məlumat verib.

Bildirilib ki, həkimlər əlindən gələni etsə də, onun səhhətində heç bir irəliləyiş olmayıb:

"Ona görə də belə qərara gəldik ki, evə aparaq. Hazırda evdədir və vəziyyəti ağırdır".

Xatırladaq ki, Əlisəmid Kür sentyabrın 15-dən səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinin reanimasiyasında müalicə alırdı.

04.10.2025 15:27
433