Erməni əsgər öldü

Ermənistan ordusunun hərbçisi ölüb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, hadisə Qərbi Zəngəzurda baş verib.

"Sərhəd qoşunlarının çağırışçısının ölümüylə bağlı Cinayət Məcəlləsinin 522-ci (ehtiyatsızlıqdan hərbi qulluqçunu intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb", - Ermənistan İstintaq Komitəsindən bildirilib.

Qeyd olunub ki, hazırda zəruri təxirəsalınmaz istintaq və prosessual hərəkətlər aparılır, məhkəmə-tibbi ekspertizası təyin edilib.

Musavat.com

25.07.2025 12:47
334