Ermənilər öz irsinə belə hörmət etmir – monastırda inəklər, divarlarda qurum

Ermənistan işğal dövründə Azərbaycan məscidlərində heyvan saxlamaqla gündəmə gəlsə də, bu dəfə ölkə daxilində oxşar qalmaqal yaşanıb.

Musavat.com xəbər verir ki, baş nazir Nikol Paşinyanın aparat rəhbərinin müavini Taron Çaxoyan Lori vilayətində yerləşən Kobaır monastırında çəkilmiş qalmaqallı fotoları ictimaiyyətlə bölüşüb.

Fotolarda məbədin içində uzanmış inəklər, qurumla örtülmüş divarlar və fonunda ikonalar görünür. Çaxoyan keçmiş hakimiyyəti sərt tənqid edərək bildirib: “Bu, çulfan knyazlarının və onların sevimli Serjik və Robikin idarəçiliyinin simasıdır. Siz müqəddəs yerlərimizi anbara çevirib bundan qazanc əldə etməklə məşğul idiniz”.

Bu paylaşım Ermənistan ictimaiyyətində ciddi rezonans doğurub və dini irsə münasibətdə uzun illər davam edən laqeydliyə diqqəti yönəldib.

Musavat.com

01.06.2025 12:10
602