Ermənilər yenə Azərbaycan mahnısını oğurladı - VİDEO

Ermənilər növbəti dəfə Azərbaycan mahnısını oğurlayıb.

Musavat.com xəbər verir ki, bu haqda müğənni Murad Arif sosial media hesabında yazıb.

Sənətçi bildirib ki, araşdırması nəticəsində növbəti erməni oğurluğu üzə çıxıb: 

"Ermənilərdən növbəti mənimsəmə: Ələkbər Tağıyev bəstəsi “Eşqimi sönməyə qoymaram”ı oğurlayıblar. Böyük sənətkarımız Nisə Qasımovanın repertuarından olan nəğmədən bəhs edirəm! Youtube-da Saro Tovmasyan ifasına təpki göstərmək lazımdır”.

Könül
Musavat.com

24.04.2025 11:52
515