Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın günlərdə yeni Konstitusiyanın hazırlanması üzrə fəal iclaslar keçirəcək.
Musavat.comm xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Eyni zamanda, nəşr iddia edir ki, şura bunu cəmiyyətin tələbi kimi təqdim etməyə çalışacaq.
Xatırladaq ki, bu ilin fevralında baş nazir Nikol Paşinyan vətəndaşlara müraciətində Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsinin zəruriliyini vurğulayıb.
Musavat.com