Ermənistanın keçmiş baş naziri Ovik Abramyan ev dustaqlığına məhkum edilib.
Musavat.com xəbər verir ki, bu barədə qərarı məhkəmə çıxarıb.
Ovik Abramyan 2014–2016-cı illərdə Ermənistanın baş naziri, 2012–2014-cü illərdə isə parlamentin spikeri olub.
Sabiq baş nazirə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
Hazırda istintaq davam edir və onun fəaliyyəti ilə bağlı əlavə faktların aşkarlanması istisna edilmir.
Musavat.com