Evdən qaçan 5 uşağı və 5 nəvəsi olan qadın TAPILDI: "Ərim məni bıçaqlayıb" - VİDEO

Xəbər verdiyimiz kimi, 5 uşaq anası və 5 nəvəsi olan Zarina adlı qadın evdən qaçmışdı.

Milli.Az xəbər verir ki, 1 aydır yoxa çıxan qadın tapılıb. Studiyaya gələn Zarina və anası həyat yoldaşı ilə üzləşib.

O, iddia etdiyi şok faktın üstünü açıb. İllər öncə əri tərəfindən bıçaqlandığını deyən Zarina qorxudan məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Qarşı tərəf isə iddialarla qəti şəkildə razılaşmayıb. Ər-arvad arasında gərgin anlar yaşanıb.

Daha ətraflı videomaterialda:

01.05.2025 19:20
656