Arabesk musiqisinin əfsanəvi adı, 79 yaşında vəfat edən Ferdi Tayfurun sərvəti bəlli olub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölümündən sonra ailəsində mübahisələr yaşanan sənətçinin Marmarisdə və Adanada var-dövləti olduğu məlum olub.
Təvazökar və sadə yaşam tərzi ilə seçilən Ferdi Tayfurun Marmarisdə bir yarımadası, Adanada 50 mənzil, İstanbulda isə 30 ev və 6 villası olduğu iddia edilir.
Könül İbrahim
Musavat.com