Finlandiya və İsveç Rusiyayla sərhəddə 5 minlik briqada yaratdı - Nəyə hazırlıq?

Finlandiya və İsveç Rusiyayla sərhəd yaxınlığında birgə hərbi briqada formalaşdırıblar.

Musavat.com xəbər verir ki, “Iltalehti” nəşri NATO-dakı mənbələrə istinadən bildirib ki, 5 min nəfərlik birləşmə Finlandiyanın Laplandiya bölgəsində yerləşdiriləcək.

Briqadanın tərkibinə Norveç və Danimarkadan olan hərbçilər də daxildir. Əraziyə artıq silah-sursat yerləşdirilib, o cümlədən “Archer” özüyeriyən haubitsaları da döyüşə hazır vəziyyətdədir. Münaqişə baş verəcəyi təqdirdə briqadanın havadan müdafiəsini Böyük Britaniyanın “Eurofighter”, “F-35” qırıcıları və “Apache” helikopterləri təmin edəcək.

Musavat.com

27.09.2025 23:52
450