Qaziantepdə ticarət maşını ilə minik avtomobili toqquşub.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, qəza gecə saatlarında Aydınlar rayonunda baş verib.
Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb. Həyatını itirənlər arasında körpə və uşaq da var.
Qəzada ölənlər avtomobilin sürücüsü Yunus Emre Kuvrağ, onun sərnişini İsmayıl Volkan Deler, ticari avtomobil sürücüsünün həyat yoldaşı Gülistan Kestanlıoğlu və uşaqları 1 yaşlı Atlas Mete və 6 yaşlı Eylül Kestanlıoğludur. Yaralıların vəziyyəti isə ağır olaraq qalır.
Musavat.com