Gədəbəydə avtomobil dərəyə aşıb: Ölən və xəsarət alanlar var

Gədəbəydə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə, maşın dərəyə aşıb.

Qəza zamanı 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.**Oxu.Az 

03.08.2025 20:02
603