Gəncədə 52 yaşlı kişi qəfil ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə Şəhər Stadionunda baş verib. Gəncə Şəhər Stadionunun tikintisində çalışan Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Samir Əliyevin iş zamanı halı qəfil pisləşib. O, qəflətən dünyasını dəyişib.
İlkin ehtimala görə, S.Əliyev qəfil ürəktutmasından vəfat edib.
Faktla bağlı Gəncə Şəhər Baş Prokurorluğunda araşdırma aparılır.