Gəncədə avtomobillər toqquşub, ölən var

Gəncədə iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Talıb Köçəri oğlu Cabbarov aldığı xəsarətdən keçinib.

Faktla bağlı araşdırma aparılır.

04.04.2025 02:19
425