Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Belə ki, üç avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Vüsal Hüseynov, 2010-ci il təvəllüdlü Taleh Səfərov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

23.09.2025 03:58
454