General-mayor rütbəsi alan Anar İsmayılov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova "general-mayor" ali hərbi rütbəsi verilib.

Musavat.com Anar İsmayılovun dosyesini təqdim edirik:

Anar İsmayılov Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi vəzifəsində çalışır.

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley, o cümlədən "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.

Musavat.com

 

30.09.2025 17:56
2810