Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Mark Rubio arasında telefon danışığı olub.
Bildirilib ki, tərəflər Suriya və Qəzzadakı son durum barədə danışıblar.
Onlar, həmçinin Rusiya-Ukrayna müharibəsində atəşkəsin təmin olunmasına dair səylər haqqında fikir mübadiləsi aparıblar.
Diplomatlar, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər./Report.az/