Kəlbəcər rayonunda baş vermiş qəzada həlak olan "N" saylı hərbi hissənin giziri İlahə Şahverdiyeva bir il əvvəl gənc oğlunu itiribmiş.
Qeyd edilib ki, İlahə Şahverdiyevanın atası Rəsul Şahverdiyev 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Həlak olan gizir Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır.//Oxu.Az