Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri və ictimai-siyasi dairələrin nümayəndələri ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) görüş keçirib.
Musavat.com xəbər verir ki, görüşdə ölkənin xarici siyasət prioritetləri, regional və beynəlxalq təhlükəsizlik çağırışları, Ermənistanla aparılan normallaşma prosesi, Azərbaycanın beynəlxalq platformalarda mövqelərinin gücləndirilməsi istiqamətində atılan addımlar və qarşıda duran strateji hədəflər müzakirə olunub.
Musavat.com