Hindistanda mitinqdə faciə: 31 nəfər öldü, 58 nəfər yaralandı

Hindistanın cənubundakı Karur şəhərində tanınmış siyasətçi və aktyor Vidjayın seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə izdiham nəticəsində faciə baş verib.

Musavat.com xəbər verir ki, “Indian Express”in məlumatına görə, mitinq zamanı yaranan qarışıqlıq və izdiham nəticəsində 31 nəfər həyatını itirib, 58 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir. Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Musavat.com

27.09.2025 23:26
561