İlham Əliyevdən Bəhruz Əhmədovla bağlı SƏRƏNCAM

Azərbaycan Baş prokurorunun müavini – Azərbaycanın Hərbi prokuroru Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, B.Əhmədov bu ilin may ayında Prezident tərəfindən Baş prokurorun müavini – hərbi prokuror təyin edilmişdi.

Musavat.com

30.09.2025 16:59
2766