İran-ABŞ danışıqları ilə bağlı Tehrandan AÇIQLAMA

İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün iyunun 15-nə planlaşdırılan danışıqların növbəti raundu hələ də ləğv edilməyib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

"Bu məsələ ilə bağlı 15 iyunda hansı qərarı verəcəyimiz hələlik bəlli deyil", – deyə Baqayinin sözlərini "NourNews" agentliyi sitat gətirib.

Bundan əvvəl Baqai bildirib ki, İsrailin hücumundan sonra Vaşinqtonla Tehran arasında danışıqlar mənasızlaşıb.

Musavat.com

14.06.2025 11:18
1263