İranda məhkəmə binasına silahlı basqın: Ölən və yaralananlar var - ANBAAN VİDEO

İranın cənub-şərqində yerləşən Zahidan şəhərində məhkəmə binasına terror hücumu təşkil olunub.

Musavat.com xəbər verir ki, İranın dövlət mediasının yaydığı məlumata görə, şənbə günü baş verən silahlı hücum zamanı "Ceyş əl-Ədl" adlı radikal terror qruplaşmasının üç silahlısı məhkəmə binasına basqın edib.

Hadisə nəticəsində ana və körpəsi, iki hərbçi və iki təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 6 nəfər həlak olub. İRİB telekanalı bildirir ki, hücumda 20 nəfər də müxtəlif dərəcəli xəsarət alıb.

İran mediası insidentin video görüntülərini yayıb. 

@@TVmusavat/122733@@

Musavat.com

29.07.2025 16:34
543