İranda partlayış planlaşdıran İŞİD üzvləri həbs edildi - VİDEO

Bu gün İran Polis Komandanlığının Terrorla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Tehranda İŞİD terror qruplaşmasının üzvləri saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azad Iran" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, terrorçular bu yaxınlarda keçiriləcək mərasimlərin birində təxribat və partlayış törətmək niyyətində olublar.

Qeyd olunub ki, əməliyyat zamanı terror şəbəkəsinin qrup lideri və digər üzvləri də daxil olmaqla 13 nəfər silah-sursatla birlikdə tutulub. 

@@TVmusavat/116538@@

Musavat.com

04.06.2025 15:42
384