İranda yük qatarı relsdən çıxdı - VİDEO

İranda yük qatarının vaqonları relsdən çıxıb, Şimal-Cənub milli dəmir yolu bağlanıb.

Musavat.com xəbər verir ki, hadisə İranın Lorestan əyalətində baş verib.

Çəmsəngər  dəmir yolu xəttinin 530-cu kilometrində Lorestan dəmir yolu ərazisində buğda daşıyan 7 yük vaqonu relsdən çıxıb. Tələfat olmayıb, lakin Şimal-Cənub Milli Dəmiryolu növbəti xəbərdarlığa qədər bağlanıb. 

 

Musavat.com

05.06.2025 02:41
405