Rusiya İrana "MiQ-29" qırıcıları və "S-400" zenit-raket kompleksləri tədarük edib.
Musavat.com xəbər verir ki, bu barədə parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əbəlfəzl Zöhrəvənd “Təhririyə” Araşdırmalar İnstitutuna müsahibəsində bildirib:
"MiQ-29" artıq İrana gəlib, əhəmiyyətli sayda "Su-35"lər isə yoldadır. Çin istehsalı "HQ-9" zenit-raketləri də çoxlu sayda gəlir. "S-400"lər isə artıq gəlib".
Onun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət İranın müdafiə potensialının gücləndirilməsini tələb edir.
Xarici düşmənlər yalnız güc dilini başa düşür və Tehran istənilən inkişafa hazır olmalıdır.
Musavat.com