İsrail ordusu İranın Xarici İşlər Nazirliyinə məxsus binalardan birini hədəfə alıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İranın xarici işlər nazirinin müavini açıqlayıb.
Rəsmi şəxsin sözlərinə görə, zərbə XİN-ə aid obyektlərdən birinə yönəlib, lakin hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik paylaşılmayıb.
Hücumun nəticələri və mümkün itkilərlə bağlı İran tərəfindən ictimaiyyətə geniş məlumat verilməyib.
Şahanə Rəhimli
Musavat.com