İsraildən SƏRT ULTİMATUM:  ya nüvə proqramından və cavab zərbəsindən imtina, ya da tam iqtisadi çöküş

İsrail rəsmi dairələri İran rəhbərliyinə kəskin ultimatum irəli sürüb.

Musavat.com xəbər verir ki, İsrail mediasının yayımladığı bəyanata əsasən, Təl-Əviv Tehranı ya cavab hücumundan və nüvə proqramından imtina etməyə, ya da neft sənayesinin və iqtisadiyyatının məhv ediləcəyi ilə hədələyir.

Bəyanatda deyilir:

“İndi İranın hava məkanı tamamilə açıq və müdafiəsizdir. İran liderləri qərar verməlidir: əgər onlar bizə hücum etsələr, biz onların neft emalı zavodlarını vuracağıq və iqtisadiyyatlarını çökdürəcəyik. Əgər onlar nüvə obyektlərinin məhv edilməsinə sərt reaksiya verməsələr, biz neft zavodlarına toxunmayacağıq".

Musavat.com

13.06.2025 14:18
2506