Yəmənin şimalında hakim olan hərbi-siyasi "Ənsar Allah" hərəkatı (husilər) İsrail aviabazasına raket zərbəsi endiriblər.
Musavat.com xəbər verir ki, bu barədə “Al-Arabiyya” məlumat yayıb.
Husilərin hərbi sözçüsü Yəhya Sariya ilk dəfə İsrailin Ramat-David hərbi bazasına raket zərbəsi endirdiklərini açıqlayıb.
Məlumata görə, hücum "Fələstin-2" hipersəs ballistik raketindən istifadə edilərək həyata keçirilib və hədəfə çatıb.
Musavat.com