İsrailli nazir çağırış etdi: "Danışıqlar bitdi, sona qədər müharibə" - VİDEO

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HƏMAS-la danışıqlara son qoyulmasına və müharibənin maksimum güclə davam etdirilməsinə çağırıb.

Musavat.com xəbər verir ki, nazir açıqlamasında deyib:

"Bu qədər yetər. Danışıqlara ehtiyac yoxdur, ümid yoxdur. Tam güclə, maksimum intensivliklə hərəkət edin. Elə indi başlayın. Müharibəni sona qədər aparın".

Musavat.com

29.07.2025 18:39
787