İstanbulda ZƏLZƏLƏYƏ görə qan töküldü – DƏHŞƏTLİ VİDEO

İstanbulun Esenyurt rayonunun Mehterçeşmə məhəlləsində yerləşən Qazilər Parkında dünən axşam saatlarında dəhşətli hadisə baş verib.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra Pınar Bakırcı, anası və 3 övladı parkda qurduqları çadırda yaşamağa başlayıb.

Pınar Bakırcının bir müddətdir ayrı yaşadığı həyat yoldaşı Turgut Bakırcı onunla danışmaq üçün parka gəlib. Onların arasında mübahisə yaranıb. Turgut Bakırcı üzərində gəzdirdiyi silahla Pınar Bakırcı və baldızı Arzu Kayğusuzu atəşə tutub.

Hadisədən sonra qaçmağa çalışan T. Bakırcı parkda olan vətəndaşlar tərəfindən yaxalanıb və polisə təhvil verilib.

İSTAN.jpg (61 KB)

Yaralanan Pınar Bakırcı və Arzu Kayğusuz xəstəxanaya çatdırılıb. Məlum olub ki, Pınara iki, Arzuya isə bir güllə dəyib.

Hadisə ilə bağlı istintaq aparılır.

Musavat.com

26.04.2025 17:20
796