İzləyicisinin ona yazdığı mesajları yayımlayıb hədələdi - FOTO

Muğam ifaçısı Səbinə Ərəbli izləyicilərindən birinin ona yazdığı mesajları sosial şəbəkədə yayımlayıb.

Qadının yazdığı "Yaxşı adamın var, Səbinə. Sakit qız, nə yaxşı dil açmısan? Necə tez o qədər irəli getdin? Bu yaşda Qarabağ Universitetində müəllimsən" sözləri ifaçını əsəbiləşdirib. 

Səbinə yazışmaları yayımlayaraq "Bu yaşından, başından utanmayanı tanıyan var?" sözlərini yazıb. 

O, daha sonra qadının əlaqə nömrəsini tapdığını bildirib.  (Axşam.az)

18.10.2025 22:01
1222