Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin dayanıqlı olmasına yaxından dəstək verir.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Aİ tərəflərlə danışıqlar aparır: “Regionda sülhün bərqərar olması üçün səylərimizi davam etdirəcəyik”.//Report