“Kibariye özünü itirib” - VİDEO

Əməkdar artist Xumar Qədimova Türkiyənin məşhur müğənnisi Kibariye ilə bağlı iddialı açıqlamalar verib.

Bu barədə o, “Qonaqcanlı”da danışıb.

Belə ki, Kibariyenin Xumar üçün göndərdiyi təbrik videosuna sənətçi bunları söyləyib:

“Son zamanlar Kibariye özünü itirib, kimlə gəldi görüşür, oxuyur. Bir az özünə dəyər versin, axı sən Kibariyesən. Olmaz. Xumar oldu-bitdi. Bir dəfə Moskvada möhtəşəm bir toyda olduq, o, əyləşib oxuyurdu. Mən içəri girəndə ifasını dayandırıb dedi ki, “kraliçam gəldi”. Mən mikrofonu götürüb oxudum”.        (Olay)

02.05.2025 20:21
404