Kirkorovun qızı Dubaydakı həyatını göstərdi - FOTO

Rusiyanın Xalq artisti Filip Kirkorovun qızı Alla-Viktoriya Dubaydakı elit internat məktəbindəki həyatından danışıb.

İfaçının 12 yaşlı varisi şəxsi bloqunda otağını nümayiş etdirib və xaricdəki həyatının təfərrüatlarını açıqlayıb. İki çarpayı və iki çalışma otağının göstərildiyi kadrlarda Alla-Viktoriyanın məktəbdə başqa bir şagirdlə bir otaq qaldığı görünüb.

Alla hərdən nizam-intizamı da pozduğunu etiraf edib. Ulduz atası buna görə onu danlamır - o, bütün bunları yeniyetməlik xərcləri kimi qələmə verir.   (Axşam.az)

16.04.2025 20:00
1101