Ukraynaya dəstək vermək məqsədilə yaradılan “könüllü ölkələr koalisiyası” hazırda hansı konkret addımları atmalı olduğunu dəqiq bilmir.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşrin məlumatına görə, Fransa və Böyük Britaniya daxil olmaqla bir neçə əsas iştirakçı ölkənin fəaliyyəti istiqamətsiz qalıb.
“Politico”ya danışan iki fransız rəsmisi etiraf edib ki, koalisiyanın real strategiyası və yönü hələ müəyyən edilməyib.
Mənbələr bu qeyri-müəyyənliyin əsas səbəblərindən birinin, Böyük Britaniyanın ABŞ-ın Ukraynaya verəcəyi təhlükəsizlik təminatlarına olan inamı ilə bağlı olduğunu bildiriblər. Onların sözlərinə görə, Birləşmiş Krallığın baş naziri Kir Starmer bu təminatların veriləcəyinə ciddi şəkildə ümid edib. Lakin həmin təminatlar hələ də qüvvəyə minməyib və bu da koalisiyanın fəaliyyətini ləngidir.
Musavat.com