Kreml azərbaycanlıları SIXIŞDIRIR – Bakıdakı ruslar da hədəfdə olacaqmı? Paytaxt sakinləri DANIŞIR

Rusiyada azərbaycanlılara qarşı təzyiqlər artmaqda, onların fəaliyyətinə müxtəlif səviyyələrdə məhdudiyyətlər qoyulmaqda davam edir. Son günlərdə yayılan məlumata görə, bu ilin sonunadək miqrantların taksi sürücüsü kimi çalışması qadağan ediləcək. Bundan əlavə, rus dilini bilməyən miqrantların xidmət sektorunda işləməsi də yasaqlanır.

Daha bir mübahisəli addım isə miqrant uşaqlarının dövlət məktəblərində pulsuz təhsil alma hüququnun ləğvi ilə bağlı qanun layihəsinin hazırlanmasıdır. Bu cür sərtləşmələr təkcə azərbaycanlılar deyil, Rusiyada yaşayan bütün miqrant icmaları üçün ciddi narahatlıq doğurur.

Bəzi ekspertlər və ictimai fəallar hesab edirlər ki, Azərbaycan da bu addımlara cavab olaraq ölkədə yaşayan ruslara qarşı adekvat tədbirlər görməlidir.

Bəs Bakı sakinləri bu məsələ haqqında necə düşünür?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

04.08.2025 18:53
1181