Macarıstan Ukraynanın hərbi hissələri haqqında məlumat toplayıb- Zelenski açıqladı

 Ukrayna Prezidenti Volodimir Zelenski Macar kəşfiyyatının Ukrayna ərazisində yerləşən hava hücumundan müdafiə sistemləri və hərbi hissələr haqqında məlumat toplamağa cəhd etdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə o, Macarıstanın “Válasz Online” nəşrinə verdiyi müsahibədə danışıb. Zelenskinin sözlərinə görə, müharibə dövründə bu cür fəaliyyətlər suallar doğurur:

“Biz belə bir vəziyyətə müharibə vaxtı necə reaksiya verməliyik? Mən demirəm ki, Budapeşt nəyisə planlaşdırır, amma əgər belə deyilsə, bəs o zaman bu məlumatları kim üçün toplayır? Mən NATO nümayəndələrindən soruşdum ki, macar tərəfinə belə məlumatları toplamaq barədə hansısa müraciət olubmu. Onlar cavab verdilər ki, belə bir müraciət edilməyib”.



Musavat.com

10.06.2025 17:25
474