İlon Musk ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı “tək, böyük, gözəl qanun layihəsini” tənqid edib və iyrənc adlandırıb.
Musavat.com xəbər verir ki, o, layihə barədə fikirlərini X hesabında paylaşıb: "Konqresin bu genişmiyaslı, hədsiz xərcləmə qanun layihəsi iyrəncdir".
O əlavə edib ki, belə bir təşəbbüs "onsuz da nəhəng olan büdcə kəsirini artıracaq" və "Amerika xalqını gücü çatmayacaq borcla yükləyəcək": “Bunun lehinə səs verənlərə ayıb olsun: səhv etdiyinizi bilirsiniz”.
Xatırladaq ki, mayın 28-də Mask artıq Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsindən məyus olduğunu açıqlamışdı.
Musavat.com