Mehdiyev İSTİNTAQA 7 saat nələr danışıb? – Çevriliş PLANINDA son gəlişmələr

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib.
Musavat.com Gununsesi.info-ya istinadla xəbər verir ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev dünən 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb.

Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşayiət edib.

Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub.

“Ramiz Mehdiyevin əmri, tapşırığı, fitvası ilə məni, ailəmi bədbəxt edən, tifağımızı dağıdan, övladlarımın gələcəyini məhv edən, məndən yaxşılıqdan başqa heç nə görməmiş jurnalistlərə, saytlara cavab vermək mənim üçün çox böyük əzabdır. Siz məndən nə soruşacaqsınız? Nə?”

Modern.az xəbər verir ki, bu fikirləri sabiq deputat Gülər Əhmədova akademik Ramiz Mehdiyevlə əlaqələri barədə suallara cavab olaraq bildirib. O deyib: “Bu adamın əmri ilə, gecə- gündüz bilmədən sifarişlə yazdığınız şər- böhtanı təkzib etməyi? Mənim illərlə gördüyüm işləri, Respublika Uşaq Təşkilatında, "Mərkəz" qəzetində, millət vəkili kimi yorulmadan çalışmağımı bir anda unudub, məhz bu siyasi timsahın əmri ilə məndən, şərəfsiz, namussuz, qatil, oğru, dələduz yaratdığınız üçün mənim də dəyişib siyasi buqələmun olacağımı gözləyirsiniz? Səhv edirsiniz, yanılırsınız!”

G.Əhmədova Ramiz Mehdiyevi ilk dəfə harada tənqid etməyindən də danışıb.

PA-nın sabiq rəhbəri CM-nin 274 (dövlətə xəyanət) və 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

17.10.2025 15:52
2727