“Məndən az pul qazanan kişiyə hörmət etmərəm”

Türkiyəli müğənni Hülya Avşar açıqlaması ilə gündəmə gəlib.

Sənətçinin verilişlərin birində “Məndən az qazanan kişiyə hörmət etmərəm” sözləri sosial mediada geniş müzakirələrə səbəb olub.

Avşarın bu fikirləri tənqid atəşinə tutulub. İstifadəçilər onun sözlərinə “hörmət insanlığa görə olmalıdır, pula görə yox”, “özünə hörmət edən kimsə sənin hörmətinə möhtac deyil” və “80-ci illərin məşhurlarını artıq qadağan etmək lazımdır” kimi sərt reaksiyalar bildiriblər. (Axşam.az)

04.07.2025 10:15
820